Ekspertlər piylənmə ilə yuxuda tənəffüsün dayanması arasında əlaqədən danışıblar

100

Piylənmədən əziyyət çəkən adamların sayının artması yuxuda tənəffüsün dayanması ilə müşayiət olunan apnoe xəstəliyinə tutulan xəstələrin sayının artmasına da gətirib çıxarıb.

NUHÇIXAN “RİA Novosti” agentliyinin yaydığı məlumata istinadla xəbər verir ki, yuxuda tənəffüs dayanmaları miokard infarktı, ateroskleroz və ya insult ilə nəticələnə bilər.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin yuxu təbabəti bölməsinin müdiri Mixail Poluektovun sözlərinə görə, ABŞ alimləri aşkar ediblər ki, apnoe tezliyi 10 faizə qədər artıb, halbuki birinci eksperiment zamanı həmin rəqəm cəmi 2-4 faiz təşkil etmişdi. Amerika alimləri bunu artıq çəkidən əziyyət çəkən insanların sayının artması ilə əlaqələndiriblər.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yuxu təbabəti mərkəzinin rəhbəri Aleksandr Kalinkinin fikrincə, yuxuda tənəffüsün dayanması hormonların çoxunun, o cümlədən somatrop xassəli hormonların əməl gəlməsi prosesini pozur. Məhz buna görə də apnoedən əziyyət çəkənlər çətinliklə arıqlayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: