Ekoloqlar payız-qış mövsümünə hazırlaşırlar

247

Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bir sıra tapşırıqlar verilib. NUHÇIXAN xəbər verir ki, nazirlikdə payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər görülür.

Muxtar respublika ərazisində ayrı-ayrı inzibati rayonlarda əkiləcək ərazilərin sxem planları hazırlanır, torpaq hazırlıq işləri həyata keçirilir. Eyni zamanda həmin rayonların torpaq xüsusiyyətlərinə uyğun olaraq ting ehtiyatının yaradılması və seçilməsi sahəsində tədbirlər görülür. Payız mövsümündə toxumla  əkin işlərinin həyata keçirilməsi üçün  mövsümi olaraq  haliyədə toxum tədarükü işləri həyata keçirilir.

Dövlət meşə fondu ərazilərində quruyan ağaclar təmizlənir və hərbi hissələrə verilir. Eyni zamanda xüsusi mühafizə olunan təbiət ərazilərində qış mövsümündə biotexniki tədbirlərin keçirilməsi üçün lazımi qida ehtiyatı yaradılaraq müəyyən olunan ərazilərə toplanılır.

Nazirlik və tabeli idarələr tərəfindən qış mövsümündə  müvafiq ərazilərə, xüsusilə vəhşi faunanın kompleks məskunlaşdığı ərazilərə, o cümlədən qoruq, yasaqlıq, milli park ərazilərinə daş duz, müxtəlif tərəvəz, buğda, arpa və dən məhsullarının paylanması işlərinə də  başlanıb.

                                                           Röyal Kərimov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: