Ekoloji monitorinq keçirilib

125

NUHÇIXAN xəbər verir ki, ətraf mühitin qorunması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq “Arazboyu” Dövlət Təbiət Yasaqlığında ekoloji monitorinq keçirilib. Monitorinqdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları iştirak edib. Onlar köçəri quşların qışlama şəraiti ilə maraqlanıblar. Əsas məqsəd risk əhəmiyyəti daşıyan ərazilərdə quşlar aləminin və onların hansı ərazilərdən gəlməsinin öyrənilməsi və baş verə biləcək xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsidir.

“Arazboyu” Dövlət Təbiət Yasaqlığının ərazisində nadir və nəslikəsilmək təhlükəsi olan fauna növləri yaşayır və qorunur. Muxtar respublika ərazisində mövcud olan 241 növ və yarımnöv quşların 85 faizdən çoxu bu ərazilərdə məskunlaşıb. Təsadüfi deyil ki, son 13 ildə yasaqlıq ərazisində yeni 10 quş növü aşkar edilib. Ötən müddətdə ərazilərdə meşələrin sahəsi isə 3 dəfədən çox artıb.

Xüsusi mühafizə olunan təbiət ərazilərində mütəmadi olaraq keçirilən belə monitorinqlər  qarşıdakı aylarda da davam etdiriləcək.

                                                                Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: