Duzun normadan azca artıq olması heç də zərərli deyil

174

Duzun insan orqanizminə mənfi təsir göstərdiyi məlumdur. Natrium-xlor birləşməsi əksər hallarda mayenin bədəndə qalmasına və arterial təzyiqin yüksəlməsinə səbəb olur.

NUHÇIXAN xəbər verir ki, Kanada alimləri duzdan orta miqdarda istifadənin ürək-damar sistemi üçün faydalı ola biləcəyini iddia edirlər. Mütəxəssislərin fikrincə, duzun gündəlik miqdarı Dünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi beş qramdan artıq olsa da, onun ziyanı yoxdur.

Elm adamları bu fikrə dünyanın 21 ölkəsindən olan 94 min nəfərdən artıq insan üzərində aparılan tədqiqatın nəticəsində gəliblər.

Rasionda duz çatışmazlığı isə infarkt təhlükəsi yaradır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: