Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclası keçirilir

160

İyunun 1-də Tacikistanın paytaxtı Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclası öz işinə başlayıb.

NUHÇIXAN xəbər verir ki, Tacikistanın Baş naziri Koxir Rasulzodanın sədrliyi ilə keçən iclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Şuranın iclasında təşkilata üzv ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin genişləndirilməsinə dair bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.

İclasda 14 sənədin müzakirə ediləcəyi gözlənilir. Müzakirələrin yekunları ilə bağlı bir sıra sənədlərin imzalanması da nəzərdə tutulur.

Xatırladırıq ki, cari il yanvarın 1-dən MDB-yə sədrlik Tacikistana keçib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: