Dünyanın ən yaxşı muzeylərinin reytinqi açıqlanıb

172

Turistlər arasında populyar olan “TripAdvisor” saytının istifadəçilərinin versiyasına əsasən dünyanın ən yaxşı muzeylərinin siyahısı dərc olunub.

NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 1850-1910-cu illərdə Avropanın rəsm və heykəltəraşlıq üzrə ən böyük külliyyatının toplandığı Parisin Orse təsviri sənət muzeyi reytinqə başçılıq edir.

Reytinqdə ikinci və üçüncü yerlərdə Nyu-Yorkda yerləşən 11 sentyabr Milli Memorial muzeyi (2001-ci ildə hücuma məruz qalan Dünya Ticarət Mərkəzinin qüllələrinin yerində tikilən kompleks) və Metropoliten-muzey qərarlaşıb.

Dünyanın 25 muzeyinin yer aldığı siyahıya Sankt-Peterburqdakı Dövlət Ermitajı da daxil olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: