Dünyanın ən sürətli dronları İstanbulda yarışacaq

170

Sentyabrın 20-dən 23-dək İstanbulda Dünya Dron Çempionatı təşkil olunacaq.

NUHÇIXAN Anadolu Agentliyinə istinadla xəbər verir ki, İstanbulun yeni hava limanında keçiriləcək tədbirdə dünyanın ən sürətli dronları yarışacaq.

Türkiyənin ilk aviasiya, kosmos və texnika festivalı sayılan “Teknofest İstanbul” çərçivəsində təşkil olunacaq yarışda 25-dən çox ölkəni 64 idmançı təmsil edəcək.

Dünyada ilk dəfə ən çox ölkənin təmsil olunacağı bu dron yarışında qurğuların saatda 250 kilometr sürətlə hərəkət edəcəyi gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: