Dünyanın ən böyük təyyarəsi olan “Stratolaunch” kosmos araşdırmaları üçün xərcləri azaldacaq

448

Dünyanın ən böyük təyyarəsi olan “Stratolaunch” ilk uçuşunu payızda həyata keçirəcək. Qoşa gövdəsi olan təyyarənin kosmos araşdırmaları üçün xərcləri azaldacağı gözlənilir.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, “Microsoft” şirkətinin banilərindən biri, amerikalı milyarder Pol Allenin rəhbərliyi ilə təyyarə Kaliforniya ştatının Moxave səhrasındakı xüsusi anbarda istehsal edilib. Raket daşıyıcısı buraxmağa qadir olan təyyarənin qanadlarının uzunluğu 117 metr, çəkisi 230 tondur. Hündürlüyü 15 metrə çatan layner 28 təkərdən ibarət şassi ilə təchiz olunub. Texniki parametrləri təyyarənin 250 tonadək yük daşımasına imkan verir. Ənənəvi raket qalxmasına alternativ olan bu texnika peyklərin daşınmasında da istifadə ediləcək.

P.Allenin sözlərinə görə, təyyarə kiçik yüklərin kosmosa çıxarılması üçün istifadə olunan üç raketi eyni vaxtda orbitə çıxara bilər. “Stratolaunch”ın ilk uçuşunun payızda keçirilməsi planlaşdırılsa da, təyyarə xidmət göstərməyə 2022-ci ildə başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: