Dünyada mina partlayışından ölən insanların sayı artıb

102

Dünyada piyada əleyhinə minaların partlayışından həlak olan insanların sayı artıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə məlumatı noyabrın 20-də Cenevrədə Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya açıqlayıb.

Məlumatda bildirilir ki, ötən il dünyanın müxtəlif bölgələrində mina partlayışı nəticəsində 2793 insan həlak olub, 4400-dən artıq insan yaralanıb. 2016-cı ildə mina partlayışından ölənlərin sayı 2500, 2015-ci ildə isə təxminən 1900 nəfər olub. Təşkilat statistikadan kənar rəqəmlərin daha yüksək olması qənaətindədir.

Məlumatda, həmçinin qeyd edilir ki, ötən il mina partlayışından həlak olan və ya xəsarət alanların 87 faizi mülki şəxslər olub.

Ötən il müxtəlif ölkələrdə ümumilikdə 168 min minanın zərərsizləşdirilməsi hesabatda müsbət məqam kimi vurğulanıb. 1997-ci ildə qəbul edilmiş Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Konvensiyasına (Ottava Konvensiyası) dünyanın 164 ölkəsi qoşulsa da, təşkilat 60-dan çox ölkədə piyadalar əleyhinə minalardan hələ də istifadə edildiyi qənaətindədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: