Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Naxçıvan Dövlət Universitetində qeyd olunub

204

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən məlumata görə,  ali təhsil ocağında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov  1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin birinci iclasında Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsindən bəhs edib. Vurğulanıb ki, Ulu öndər Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edərək dünya azərbaycanlılarının birlik və həmrəylik ideyasının ölkə miqyasında təsbit edilməsinə nail olub. Ali təhsil ocağının tələbə və müəllim heyətini təbrik edən-rektor,  2018-ci ilin Naxçıvan Dövlət Universiteti üçün uğurlu il olduğunu, 2019-cu ildə isə qarşıda daha mühüm vəzifələrin dayandığını diqqətə çatdırıb.

Universitetin İncəsənət  fakültəsinin tələbələri bir-birindən maraqlı musiqi, rəqs nömrələri ilə çıxış ediblər. Sonda xatirə şəkli çəkdirilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: