Dubayda ticarət mərkəzinə su taksisi ilə getmək olacaq

134

Dubayda ticarət mərkəzlərinin arasında hərəkət edəcək su taksiləri gələn həftədən işə başlayır.

NUHÇIXAN yerli KİV-lərə istinadla xəbər verir ki, su nəqliyyatının yeni marşrutu tanınmış “The Dubai Mall” və “Dubai Marina Mall” arasından keçir. Bu yeni təşəbbüsü Dubayın ən iri “Emaar” tikinti şirkəti əmirliyin Yol və Nəqliyyat Komitəsi ilə tərəfdaşlıqda həyata keçirəcək.

Su taksisinın Fars körfəzi və Dubay su kanalında 80 dəqiqəlik hərəkəti zamanı sərnişinlər əmirliyin əsas görməli yerlərini seyr edə biləcəklər. Su taksisi ilə bir dəfə getmək böyüklər üçün 68,25 dirhəmə (18,6 dollar) və 12 yaşına qədər uşaqlar üçün 52,5 dirhəmə (14,4 dollar) başa gələcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: