Dubay turistlər üçün ən bahalı şəhər adlandırılıb

141

“Global Destination Cities Index” reytinqində Dubay turistlər üçün ən bahalı şəhər kimi birinci yeri tutub.

NUHÇIXAN xəbər verir ki, “Mastercard”ın tərtib etdiyi reytinqə əsasən, səyahətçilər Dubay şəhərində orta hesabla 537 dollara yaxın pul xərcləyirlər.

Qlobal reytinqdə ikinci yeri Paris (301 dollar), 3-cü yeri isə Sinqapur (286 dollar) tutub. İlk beşliyə Seul (181 dollar) və Banqkok (173 dollar) daxildir.

İlk beşliyə daha yaxın olan ölkələr sırasına Tokio (154 dollar), London (153 dollar) və Nyu-Yorkun (147 dollar) da adı var.

Reytinqin tərtib edilməsi üçün “Mastercard” turistlərin 162 ölkədə etdiyi ödənişlər barədə məlumatlardan istifadə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: