Dram kollektivlərinin müsabiqəsinə start verilib

158

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Uşaq Teatrında “Dram kollektivlərinin ifaçılıq müsabiqəsi”nin seçim turuna start verilib.

Müsabiqədə Naxçıvan Şəhərindən 9, Ordubaddan 6, Şahbuzdan 3, Babəkdən 3, Culfadan 2, Kəngərli və Sədərək rayonlarının hərəsindən 1 kollektivin iştirakı nəzərdə tutulub.

Sonra Naxçıvan şəhəri, Culfa və Sədərək rayonlarının  kollektivləri hazırladıqları tamaşalarla münsiflər heyəti qarşısında çıxış ediblər.

Qiymətləndirməyə əsasən Naxçıvan şəhərindən “Nuh” və “Sabit”, Culfa rayonundan isə “Haçadağ” kollektivləri əsas tura keçiblər. Əsas tur isə noyabr ayında keçiriləcək.

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” devizi altında keçirilən “Dram kollektivlərinin ifaçılıq müsabiqəsi”nin seçim turu davam edir.

Gülməmməd Əliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: