Dövlət Şəhərsalma və Arxitektura Komitəsində kollegiya iclası keçirilib

855

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasından irəli gələn vəzifələrə, 2018-ci ilin birinci yarımili ərzində görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Müzakirə olunan məsələ barəsində Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov  məruzə edib. Bildirib ki, muxtar respublikada cari ilin 6 ayı ərzində bir neçə tam orta məktəb və bir ali məktəb binaları tikilərək istifadəyə verilib. Hazırda Naxçıvan Dövlət Universitetinin Tibb fakultəsi, Tibb Kolleci, Naxçıvan Şəhər Polis Məktəbi, 5 nömrəli tam orta məktəbi, Şərur, Babək, Culfa və Ordubad rayonlarının kəndlərində yerləşən məktəb binalarının tikintisi və ya yenidənqurulması işləri davam etdirilir.  Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində yeni uşaq bağçası binası tikilir.

Komitə sədri qeyd edib ki, tikinti-quruculuq işləri muxtar respublikanın mədəniyyət sahəsini də əhatə edib. Naxçıvan şəhər məscidinin, Şərur şəhər Tarix-Diyarşünaslıq Muzeyinin, Yengicə kəndində Şərq hamamının, Babək qəsəbəsində məscidin və Şahbuz rayonunda mədəniyyət evinin tikintisi, yenidən qurulması işləri davam etdirilir.  Bu ilin 6 ayı ərzində Şərur və Kəngərli rayonları da daxil olmaqla ümumilikdə 16,2 kilometr avtomobil yolu tikilərək və ya yenidən qurularaq istifadəyə verilib.  Vurğulanıb  ki, ötən dövrdə əldə edilən müsbət nəticələrə baxmayaraq, işdə  bir sıra nöqsan və çatışmazlıqlar da müşahidə olunub.

Qeyd olunub ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Avtomobil Yolları Dövlət Agentliyinə də müvafiq tapşırıqlar verilib. Qeyd olunub ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ayrılan vəsaitdən səmərəli istifadə edəcək. Tikinti işlərinin keyfiyyətlə aparılmasına nail olacaq, həyata keçirilən abadlıq tədbirlərində müasirliyin və milli memarlıq üslubunun gözlənilməsini təmin edəcəkdir. Avtomobil Yolları Dövlət Agentliyi isə yol və körpülərin tikintisi zamanı keyfiyyətli materiallardan istifadəyə üstünlük verəcəkdir.

Röyal Kərimov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: