“Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda seminar keçirilib

776

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birlikdə Fondun aparatı və yerli şöbələrində işə yeni qəbul olunan gənc dövlət qulluqçuları üçün “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda seminar keçirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, seminarda Fondun Aparatının rəhbəri Rafiq Novruzov çıxış edərək qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda çalışan hər bir işçi dövlət qulluğuna qəbul edildiyi andan işlədiyi dövlət orqanının təmsilçisinə çevrilir. Odur ki, dövlət qulluqçuları yüksək peşəkarlıq keyfiyyətlərinə malik olmaqla yanaşı, xidməti fəaliyyətləri dövründə qanun və təlimatların, eyni zamanda etik davranış qaydalarının tələblərinə tam məsuliyyətlə əməl etməlidirlər.

Seminarda digər çıxış edənlər vurğulayıb ki, Dövlət qulluqçuları öz iş funksiyalarını dərindən bilməklə yanaşı, dövlətinə və xalqına son dərəcə sədaqətli olmalı, dövlətlə xalq arasında əlaqələndirici vasitə kimi vətəndaşların problemlərini və qayğılarını öyrənməli, onların qanuni mənafelərini təmin etməli və qorumalıdırlar. Vətəndaşların və ictimai birliklərin, habelə müəssisə, idarə və təşkilatların, dövlət və yerli özünüidarəetmə orqanlarının müraciətlərinə öz qulluq vəzifəsi çərçivəsində vaxtında baxmaq və qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq qərarlar qəbul etmək dövlət qulluqçusunun vəzifə borclarındandır. Dövlət qulluqçuları idarəetmə və digər funksiyaları icra edərkən, ilk növbədə, dövlətin və cəmiyyətin mənafeyini əsas götürməli, ona tapşırılan hər bir vəzifəni böyük məsuliyyət və ləyaqətlə yerinə yetirməlidir.

Sonda seminar iştirakçılarını maraqlandıran suallara cavab verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: