Dövlət qulluqçuları Ağbulaq İstirahət Mərkəzində olublar

429

NUHÇIXAN xəbər verir ki, dövlət qulluqçulqrının Ağbulaq İstirahət Mərkəzində istirahəti təşkil olunub. Bu dəfə  Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Vergilər Nazirliklərinin əməkdaşları  burada olublar.

Həmin gün qonaqlar nahar fasiləsindən sonra mərkəzin yaşıl örtüklü mini futbol meydançasında müxtəlif  idman yarışları keçirib, volebol oynayıblar. Bundan əlavə istirahətedənlər arasında   şahmat və dama yarışları da keçirilib. 

Qonaqlar üçün təşkil edilən çay süfrtəsindən sonra axşam saatlarında rayonun müsiqi kollektivləri maraqlı konsert proqramı ilə çıxış ediblər. 48 dövlət qulluqşusunun iştirak etdiyi qrupda tibbi heyət və kütləvi informasiya vasitələrinin nümayəndələri də təmsil olunub. Növbəti gün təşkil edilən bir-birindən maraqlı tədbirlər də qonaqların ürəyincə olub. Onlar göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər.

 

                  Məhəmməd Fərəcov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: