Dövlət qulluqçuları Ağbulaq İstirahət Mərkəzində istirahət ediblər
Müxtəlif iş yerlərində çalışan insanların şənbə bazar günləri yaxşı istirahəti növbəti həftənin səmərəli iş günləri deməkdir.
Naxçıvan Muxtar Respublikasında bu gün həftə sonunu mənalı keçirmək üçün maraqlı yerlərdən biri də Ağbulaq İstirahət Mərkəzidir. Bu dəfə Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin 30 -a qədər dövlət qulluqçusu və ailə üzvləri həftə sonunu Şahbuz rayonunun eyniadlı kəndində yerləşən Ağbulaq İstirahət Mərkəzində keçiriblər. Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı süjet hazırlayıb.
NUHÇIXAN həmin videomaterialı təqdim edir: