Dövlət Qulluğuna imtahan keçirildi

160

Naxçıvan Muxtar Respublikasının vergi orqanlarında vakant vəzifələrin tutulması üçün bu il fevral ayının 19-da elan edilmiş müsabiqənin test imtahanı keçirilib. İmtahan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın test mərkəzində baş tutub.

Müsabiqəyə 25 vakant vəzifə çıxarılıb, həmin vəzifələrin tutulması üçün 28 namizəd sənəd təqdim edib. Test imtahanında keçid balını toplayan 7 namizəd müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. İmtahanda namizədlərə ixtisas üzrə 90, məntiqi təfəkkürün yoxlanılması üzrə 10 sual olmaqla, ümumilikdə 100 sual təqdim edilib. Sualları cavablandırmaq üçün  onlara 2 saat 30 dəqiqə vaxt verilib.

Test imtahanının nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın  (www.dqmk.nmr.az) rəsmi internet səifəsində yerləşdirilir.

Tükəzban Cəfərova

NUHÇIXAN

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: