Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yübileyini qeyd edib

97

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında  Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın  yaradılmasının 10 illiyi qeyd olunub.

Komissiyadan NUHÇIXAN-a verilən məlumata komissiya tərəfindən indiyədək keçirilmiş 14 müsabiqədə 5 min 68 namizəd iştirak edib. Onlardan 983 nəfər müsabiqələri müvəffəqiyyətlə başa vuraraq  dövlət orqanlarında  vakant dövlət qulluğu vəzifələrinə təyin olunub.  Hazırda  muxtar respublikanın dövlət orqanlarında  inzibati vəzifə tutan dövlət qulluqçularının 38,2 faizi komissiyanın keçirdiyi müsabiqələrdə uğur qazananlardır. Keçirilən müsabiqələrdə iştirak edənlərin sayının ildən-ilə artması  onu göstərir ki, bu sahədə həyata keçirilən dövlət siyasəti öz bəhrəsini verir və gənclərin  dövlət qulluğuna  marağı artır.

Əbülfəz Dünyamalıyev

NTV Xəbər

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: