Dövlət Qulluğu Məsələləri üzrə Komissiya boş iş yerlərinə müsabiqə elan edib

1. 206

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün müsabiqə elan edir. Dövlət Məsələləri üzrə Komissiyadan NUHÇIXAN-a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən namizədlər 1 iyun 2018-ci il tarixdən 21 iyun 2018-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet saytında (www.dqmk.nmr.az) elektron xidmətlər bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Müsabiqədə ali təhsil müəssisələrini jurnalistika, Azərbaycan dili və ədəbiyyat müəllimliyi, tarix müəllimliyi və hüquqşünaslıq ixtisasları üzrə bitirmiş şəxslər iştirak edə bilərlər. Elektron ərizələrin təsdiqi həftənin iş günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək həyata keçirilir. Maraqlananlar Komissiyanın (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya [email protected] elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: