Dövlət orqanlarında işləmək istəyənlər üçün test imtahanına başlanılıb

67

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yanında Dövlət Qulluğu Məsələləri üzrə komissiyanın test mərkəzində Dövlət orqanlarında işləmək istəyənlərin test imtahanınlarının keçirilməsinə başlanılıb.

NUHÇIXAN xəbər verir ki, komissiya tərəfindən dövlət orqanlarında inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatı üzrə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 5 mart 2018-ci il tarixdə elan olunmuş müsabiqənin test imtahanları mərhələsinə may ayının 1-dən start verilib. Müsabiqəyə çıxarılan 302 vakant vəzifənin tutulması üçün 394 namizəd sənəd təqdim edib.

İmtahan başlamazdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında  məlumat verilib. İmtahanda namizədlərə qanunvericilik üzrə 40, dünyagörüşü üzrə 15, informasiya texnologiyaları üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 30 sual olmaqla 100 sual təqdim edilib. Sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilir. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi də aparılır.

Test imtahanı bitdikdən dərhal sonra namizədlərə cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilir.

Qeyd edək ki,  test imtahanlarının nəticələri Komissiyanın rəsmi internet səhifəsində də yerləşdirilir. İmtahanlar may ayının 15-dək davam edəcək. Test imtahanlarında keçid balını toplamış şəxslər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaq.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: