Dövlət Müstəqilliyi Günü ilə bağlı tədbir keçirilib

190

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən məlumata görə, ali təhsil ocağında “Müstəqilliyimiz əbədidir” adlı konfrans keçirilib. Konfrans 18 oktyabr-Dövlət Müstəqilliyi Gününə həsr olunub. Türkiyənin Ankara şəhərindəki Qazi Universitetinin professoru Cengiz Taplamacıoğlu, Çankırı Karatekin Universitetinin prorektoru Kamil Arı da konfransda qonaq kimi iştirak edib. 

Tədbirdə 1991-ci ildə Azərbaycan xalqının yenidən, ikinci dəfə qazandığı müstəqillik və bu yolda apardığı mübarizədən söhbət açılıb. Bildirilib ki, qazandığımız dövlət müstəqilliyi süquta uğramaq təhlükəsi ilə üz-üzə qalanda, məhz ümummilli lider Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə qayıdışı ilə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən xilas olub.

Sonra müstəqillik tariximizi özündə əks etdirən film nümayiş olunub. İncəsənət fakültəsi tələbələri musiqi nömrələri ilə çıxış ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: