May ayında Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət etmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən 3225-nə müvəqqəti yaşama, 237-nə daimi yaşama (müddətin uzadılması) ilə bağlı icazə vəsiqələri verilib, 35 nəfərin isə ölkədə müvəqqəti olma müddəti uzadılıb.
DMX-dən NUHÇIXAN-a bildiriblər ki, bundan başqa, ay ərzində 729 əcnəbiyə ölkədə haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələri verilib.
Qeyd edək ki, DMX tərəfindən ay ərzində ümumilikdə 4226 şəxsə respublikamızda müvəqqəti və daimi yaşama, iş icazəsi, o cümlədən müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərarlar qəbul olunub.