Dövlət İmtahan Mərkəzinin növbəti konfransı Naxçıvan şəhərində keçirilib

343

NUHÇIXAN xəbər verir ki, DİM tərəfindən “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda silsilə konfranslar keçirilir. Növbəti belə  konfrans Naxçıvan şəhərində təşkil olunub.

Tədbridə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, konfransın keçirilməsində əsas məqsəd Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə tanışlıq, 2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahanlarının modelləri, eyni zamanda mərkəzin həyata keçirdiyi tələbə qəbulu, dövlət qulluğuna qəbul və digər kompaniyaların idarə olunmasında dövlət və ictimaiyyət nümayəndələrinin iştirakı haqqında məlumat verməkdir.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Namiq Babayev çıxış edərək Dövlət İmtahan Mərkəzinin fəaliyyəti haqqında məlumat verib.

Daha sonra Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən təqdimatlar edilib. Mərkəz tərəfindən keçirilən imtahanların təşkili və idarə edilməsi məqsədilə aparılan hazırlıq işləri, eyni zamanda 2018-ci ildə keçirilən imtahanlara dair ümumi statistik məlumatlar haqqında da ətraflı məlumat verilib. Mərkəz tərəfindən keçirilən imtahanlarda fərqlənmiş nəzarətçi müəllimlər mükafatlandırılıb və onlar fəxri fərmanla təltif ediliblər.

Konfransda muxtar respublikanın ali təhsil müəssisələrinin prorektorları, kollec direktorları, təhsil şöbələrinin müdirləri, imtahan rəhbərləri və nəzarətçi müəllimlər iştirak ediblər.

Mədinə Rəhimli  

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: