Dövlət Bayrağı Muzeyində interaktiv dərs keçirilib
NUHÇIXAN xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikasının 200-dən çox ümumtəhsil məktəbi Dövlət Bayrağı Muzeyində “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda keçirilən interaktiv dərsi izləyb.
“Dövlət Bayrağı Günü” ərəfəsində təşkil olunan interaktiv dəsrdə tarixən Naxçıvan ərazisində mövcud olan dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunan bayraqları, gerblər və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar haqqında məlumat verilib. Bundan başqa Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, döyüşçü libasları, qədim pul nişanlarının fotoşəkilləri videobağlantı vasitəsilə şagirdlərə təqdim edilib.
Yaqub İsayev