Dördüncü respublika fənn müsabiqələri final mərhələsinin nəticələri açıqlanıb

179

Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən dördüncü respublika fənn müsabiqələrinin final mərhələsinin nəticələri açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən NUHÇIXAN-a bildiriblər ki, müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, paytaxt üzrə 16 şagird riyaziyyat, 21 kimya, 19 fizika, 13 biologiya, 18 nəfər isə informatika fənni üzrə yüksək bal toplayaraq qalib olub.

Fənn müsabiqələrinin final mərhələsinin nəticələri www.olimpiada.edu.az saytında elan edilib.

Müsabiqənin final mərhələsində şagirdlər 25-i seçdikləri fənn üzrə (fizika, kimya, biologiya, riyaziyyat və informatika), 15-i isə məntiqə aid suallar olmaqla, ümumilikdə 40 test tapşırığını yerinə yetiriblər. Müsabiqədə altıncı sinif şagirdləri riyaziyyat fənni, yeddinci sinif şagirdləri digər fənlər üzrə biliklərini nümayiş etdiriblər.

Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və olimpiadalara hazırlıq mərkəzlərinə cəlb olunacaq məktəblilərin müəyyənləşdirilməsidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: