Donald Tramp: Sammit ABŞ və Rusiya arasında münasibətləri kökündən dəyişdi

238

Moskva və Vaşinqton arasında münasibətlər Helsinkidə keçirilmiş Rusiya-ABŞ sammitindən sonra kökündən dəyişdi.

NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışıqların yekunlarına həsr olunan birgə mətbuat konfransında məlumat verib. O, Rusiya və ABŞ arasında dialoqun dünyanın maraqlarına cavab verdiyini söyləyib. ABŞ Prezidenti rusiyalı həmkarı ilə dialoqunu “çox məhsuldar” adlandırıb. Onun sözlərinə görə, vaxtilə münasibətlərin pisləşməsində hər iki tərəf təqsirkar olub və səhvlərə yol verib. Bu cür dialoqa çoxdan başlamaq lazım idi.

Donald Tramp əlavə edib ki, Helsinki sammitini inkişaf etdirmək məqsədilə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının və ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndələri tezliklə görüşəcəklər. Diskussiyaları davam etdirmək iki ölkənin marağındadır və görüşdə bu barədə razılıq əldə edilib. Gələcəkdə tez-tez görüşlər keçiriləcəyinə əminliyini bildirən ABŞ Prezidenti Helsinkidə müzakirə olunan problemlərin həll ediləcəyinə ümidvar olduğunu deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: