Donald Tramp “F-35” qırıcı təyyarələrinin Türkiyəyə təhvil verilməsini təxirə salan qanunu təsdiqləyib

306

ABŞ Prezidenti Donald Tramp beşinci nəsil “F-35” qırıcı təyyarələrinin Türkiyəyə təhvil verilməsini təxirə salan 2019-cu il üçün müdafiə büdcəsi qanununu təsdiqləyib.
NUHÇIXAN Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, sənədə əsasən, Türkiyənin “F-35” proqramından tamamilə çıxarılıb-çıxarılmayacağına dair hazırlanacaq hesabata qədər qırıcı təyyarələrin bu ölkəyə təhvil verilməsi dayandırılır.
ABŞ Müdafiə Nazirliyi isə Xarici İşlər Nazirliyi ilə birgə 90 gün içində iki ölkə arasındakı əlaqələrə dair hesabat hazırlamalıdır.
Birləşmiş Ştatların 2019-cu maliyyə ili üçün müdafiə xərcləri 716 milyard dollar həcmində olacaq.
Qeyd edək ki, Türkiyə ABŞ-a 30 ədəd “F-35” təyyarəsi sifariş verib. Nüvə başlıqları daşıya bilən çoxməqsədli “F-35” hərbi təyyarələri “stealth” texnologiyasından istifadə edilməklə hazırlanıb. Onun hazırlanmasında ABŞ-la yanaşı 8 ölkə – Avstraliya, Böyük Britaniya, Danimarka, İtaliya, Kanada, Niderland, Norveç və Türkiyə də iştirak edib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: