Diplomat Uilyam Qil Naxçıvan Muxtar Respublikasında səfərdədir

145

NUHÇIXAN xəbər verir ki, Amerika Birləmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyinin Müvəqqəti İşlər Vəkili Uilyam Qilin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Səfər çərçivəsində amerikalı diplomat Uilyam Qil ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub. Sonra Heydər Əliyev muzeyi ilə tanış olan qonaqlara muzey barədə ətraflı məlumat verilib.

Muzeydə ulu öndər Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri çərivəsində çəkilmiş fotoşəkillər, Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında iqtisadi və siyasi əlaqələrdən bəhs edən kitablar, qəzet və jurnallar, məktublar, teleqramlar və başqa sənədlər qonaqlarda böyük marağa səbəb olub. Ulu öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə  çəkilmiş fotolar və ümummilli  liderin  şəxsi  əşyaları qonaqların diqqətini daha çox cəlb edib.

Sonda diplomat  xatirə kitabına  ürək sözlərini yazıb.

Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: