DİM: Magistraturaya qəbul imtahanının proqramı müzakirə olunub

118

Dövlət İmtahan Mərkəzində (DİM) 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə informatika üzrə qəbul imtahanı ilə əlaqədar elmi-metodik seminar keçirilib.

DİM-dən NUHÇIXAN-a bildirilib ki, müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislərin iştirak etdikləri seminarda informatika üzrə magistraturaya qəbul imtahanının proqramı müzakirə olunub. DİM-in magistratura üzrə sektorunun məsləhətçisi Səbinə Zülfüqarlı proqramın layihəsini seminar iştirakçılarına təqdim edib. Seminar iştirakçılarından Z.Cəfərov, R.Əzizova, T.Əliyeva, A.Rəhimov, A.Paşayev və başqaları proqram layihəsi ilə bağlı fikir və təkliflərini bildirib, onu məqbul hesab ediblər. Müzakirələr nəticəsində proqramın redaktə xarakterli düzəlişlərlə qəbul olunması qərara alınıb. Proqram “Magistr” jurnalının növbəti nömrəsində dərc olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: