Dezinfeksiyaedici vasitələr bakteriyalara təsirini itirmək üzrədir

190

Dünyanın bütün xəstəxanalarında infeksiyaların yayılmasının qarşısını almaq üçün sanitayzerdən (əl üçün spirt əsaslı dezinfeksiyaedici vasitə) istifadə edirlər. Amma son tədqiqatların nəticələrinə görə, bu vasitələr ən azı bir bakteriya qarşısında acizdir

NUHÇIXAN “MedDaily” saytına istinadla xəbər verir ki, söhbət “Enterococcus faecium” bakteriyasından gedir. Təəssüf ki, bu bakteriya bəzi antibiotiklərə qarşı davamlılıq əldə edib. Nəticədə sidik ifrazı sistemi infeksiyaya yoluxur, sepsis əmələ gəlir. Məsələ bundadır ki, “E. Faecium” ştammları təqribən 20 il ərzində spirt tərkibli dezinfeksiyaedici vasitələrə davamlılıq əldə edib. Bu da o deməkdir ki, sanitariya siyasəti yenidən gözdən keçirilməlidir.

Bütövlükdə spirtli vasitələr çox səmərəlidir. Məsələn, dayanıqlı qızılı stafilokokku zərərsizləşdirir. Lakin universal deyildir.

Alimlər 1997-2015-ci illərdə Melburn xəstəxanalarından toplanmış “E. Faecium” bakteriyalarının 139 nümunəsinin davranışını təhlil ediblər. Məlum olub ki, 2010-cu ildən sonra götürülmüş nümunələr spirtli vasitələrə əvvəlki nümunələrdən 10 dəfə çox davamlıdır. Bu da patogenlərin mübadilə prosesləri ilə bağlı olan genlərdə bir neçə mutasiyanın əmələ gəlməsi nəticəsində baş verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: