Depresiya endokrinoloji problemlərin əlamətlərindən biridir

158

Çox vaxt insanlar terapevtin məsləhəti və ya yönəltməsi ilə endokrinoloqa müraciət edirlər. Bu, müayinə zamanı endokrin sistemdə hansısa pozuntunun aşkarlanmasından sonra baş verir.

NUHÇIXAN Rusiya KİV-lərinə istinadla xəbər verir ki, çox vaxt endokrin pozuntuların əsasını birinci və ya ikinci dərəcəli şəkərli diabet təşkil edir. Bu da orqanizmdə insulin çatmazlığı və ya şəkərin qanda normadan çox yüksək olması deməkdir. Adıgedən problemlər isə əsəb sistemini və damarları zədələyir, bədən üzvlərinin ciddi dəyişikliklərinə səbəb olur.

Bu baxımdan terapevt məsləhəti olmadan da endokrinoloqa getməyi vacib edən bir sıra amillər var.

Boğazda göynəmələr

Boğazda göynəmələr çox vaxt soyuqdəymə və ya qripin əlaməti olur. Lakin boğazda göynəmələr bəzən qalxanabənzər vəzdə olan pozuntular, törəmələr və düyünlər səbəbindən də irəli gələ bilər. Bəzən bunun, səs tellərində şişlik və ya səsin qalınlaşması səbəbindən qalxanabənzər vəzin funksiyalarının aşağı düşməsi (hipotireoz) səbəbindən meydana çıxması da mümkündür. Bu dəyişikliklər çox asanlıqla soyuqdəymə ilə də səhv salına bilər.

Saçların həddindən artıq tökülməsi və ya həddindən artıq tüklənmə

Endokrin sistem orqanizmdə gedən bütün prosesləri kontrolda saxlayır. Buna saç uzanması da aiddir. Qadınlarda alında saçların tökülməsi, qarın, çənə, bığ, gicgah nahiyələrinin tüklənmə kişi hormonlarının artmasına işarədir.

Çəki problemləri

Qalxanabənzər vəzin fəaliyyətində artma (hipertireoz) bir sıra fəsadlarla müşahidə edilə bilər: çəkinin sürətlə azalması, iştahanın artması, diarreya. Bu orqanın funksiyasının azalması isə maddələr mübadiləsinin ləngiməsi, çəki artımı və ödəmlə nəticələnə bilər.

Göründüyü kimi bir qayda olaraq endokrin problemlər çəki dəyişikliklərinə səbəb olur. Bununla yanaşı ağızda quruluq, susamaq, dəridə qaşınma, ayaqlarda ağrılar və ya göynəmələr, görmənin zəifləməsi kimi bir sıra amillər qanda şəkərin artmasına işarədir.

Yuxululuq və əsəbilik

Əgər yuxululuq və istəksizlik istirahətdən sonra da keçmirsə, səbəbsiz depressiyalar meydana çıxırsa, ani əhval-ruhiyyə dəyişiklikləri varsa bunu stressə və ya hansısa başqa amilə bağlamaq düzgün deyil. Belə ki, bu da endokrin sistemdə baş verən pozuntuların göstəricilərindən biridir. Xüsusilə həddindən artıq yuxululuq endokrinoloqa getməyi vacib edən səbəblərdəndir.

Bu simptomlar hiss olunduqda tez bir zamanda endokrinoloq müayinəsi mütləqdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: