“DÇ 2018”: Qrup mərhələsinin ikinci turuna Rusiya-Misir oyunu ilə start verilib

186

İyunun 19-da Rusiya-Misir qarşılaşması ilə futbol üzrə XXI dünya çempionatının qrup mərhələsinin ikinci turuna start verilib.

NUHÇIXAN xəbər verir ki, “A” qrupunda yer alan bu komandalar Sankt-Peterburq şəhər stadionunda üz-üzə gəlirlər.

Paraqvaylı referi Enrike Kaseresin idarə etdiyi oyunda Rusiya millisinin baş məşqçisi Stanistlav Çerçesov start heyətdə İqor Akinfeev, Mario Fernandes, İlya Kutepov, Sergey İqnaşeviç, Yuri Jivkov, Aleksandr Samedov, Roman Zobnin, Aleksandr Qolovin, Yuri Qazinski, Denis Çerişev, Artyom Dzyubaya şans verib.

Xatırladaq ki, bu, dünya çempionatının altıncı gününün sonuncu – üçüncü qarşılaşmasıdır. Əvvəlki iki görüşdə “H” qrupunda yer alan komandalar üz-üzə gəliblər. Hər iki görüş eyni hesabla (2:1) başa çatıb. Yaponiya yığması Kolumbiyanı, Seneqal isə Polşanı məğlub edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: