Rusiyadakı futbol üzrə dünya çempionatında daha bir oyun gününə yekun vurulub.
NUHÇIXAN-ın məlumatına görə, günün son matçında 5 qat dünya çempionu Braziliya İsveçrə ilə üz-üzə gəlib.
“Pentakampeonlar” oyuna daha fəal başlayaraq, 20-ci dəqiqədə hesabı açmağa müvəffəq olublar. Filipe Koutinyo uzaq məsafədən dəqiq zərbə endirərək, gözəl qola imza atıb. Lakin 50-ci dəqiqədə Stiven Tsuber künc zərbəsindən sonra başla bərabərlik qolunu vurub. Beləliklə, Meksikaya 0:1 hesabı ilə uduzan son dünya çempionu Almaniyanın ardından dünyanın ən titullu yığması da xal itirib.