DÇ-2018: İspaniya İran üzərində minimal hesablı qələbə qazandı

244

Rusiyada futbol üzrə Dünya Çempionatı davam edir.

NUHÇIXAN-ın məlumatına görə, nu gün “B” qrupunda yer alan İspaniya və İran yığmaları qarşılaşıb. Oyunda yeganə qolu İspaniya və “Atletiko Madrid”in hücumçusu Diyeqo Kosta vurub – 1:0.

Beləliklə, İspaniya yığması iki oyuna 4 xal toplayaraq qrupda Portuqaliya (4 xal) ilə birinci və ikinci yerləri paylaşır.

Xatırladaq ki, bu gün Portuqaliya yığması Kriştianu Ronaldunun qolu ilə Mərakeş üzərində minimal hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, iyulun 15-dək davam edəcək 21-ci mundialda 32 komanda 8 qrupda yarışacaq.

Oyunları Moskva (“Lujniki” və “Spartak” stadionları), Sankt-Peterburq (“Sankt-Peterburq”), Soçi (“Fişt”), Kazan (“Kazan Arena”), Kalininqrad (“Kalininqrad”), Nijni Novqorod (“Nijni Novqorod”), Volqoqrad (“Volqoqrad Arena”), Samara (“Samara Arena”), Saransk (“Mordoviya Arena”), Rostov-na-Don (“Rostov Arena”) və Yekaterinburq şəhərlərində (“Yekaterinburq Arena”) 12 stadionda keçiriləcək.

İyulun 14-də üçüncü yer uğrunda görüş, 15-də isə final matçı və bağlanış mərasimi olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: