DÇ-2018: Bu gün qrup mərhələsinə yekun vurulacaq

272

Bu gün Rusiyadakı dünya çempionatında qrup mərhələsinə yekun vurulacaq.

NUHÇIXAN-ın məlumatına görə, qarşılaşmalar G və H qruplarını əhatə edəcək.

Əvvəlcə H qrupunda Yaponiya-Polşa və Seneqal-Kolumbiya görüşləri təşkil olunacaq. Bu qrupda Polşanın 1/8 finala vəsiqə qazanmaq şansı qalmayıb. Hazırda 4 xala malik olan Yaponiya və Seneqal yığmasını növbəti mərhələ üçün 1 xal qane edir. Qrupda 3 xalı olan Kolumbiya isə qələbə barədə düşünəcək.

Bu qrupla müqayisədə G qrupunda növbəti mərhələyə vəsiqə qazanan komandalar bəllidir. 6 xalı olan İngiltərə və Belçika komandaları qrup birinciliyi uğrunda üz-üzə gələcəklər. Hər iki oyunda da məğlub olan Panama və Tunis isə ilk xallarını qazanmağa çalışacaq.

DÇ-2018, 28 iyun, III tur

H qrupu

18:00. Yaponiya – Polşa

Volqoqrad, “Volqoqrad Arena”

18:00. Seneqal – Kolumbiya

Samara, “Samara Arena”

G qrupu

22:00. İngiltərə – Belçika

Kalininqrad, “Kalininqrad” stadionu

22:00. Panama – Tunis

Saransk, “Mordoviya Arena”

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: