Bu gün Rusiyadakı dünya çempionatında II turun növbəti görüşləri keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, günün ilk qarşılaşması Braziliya və Kosta-Rika yığmaları arasında oynanılacaq.
İlk turda bu komandalardan heç biri qələbə qazana bilməyib. Braziliya İsveçrə ilə 1:1 hesablı heç-heçə edibsə, Kosta-Rika Serbiyaya uduzub. Braziliya qələbə qazansa, Kosta-Rika qrupda qalacaq. Turun digər oyununda İsveçrəni məğlub edəcəyi halda, Serbiya vaxtından əvvəl 1/8 finala yüksələcək.
Bu gün həmçinin Nigeriyanın D qrupundakı taleyi həll oluna bilər. Afrika təmsilçisi İslandiyaya uduzsa, qrupda qalacaq. Bu komanda ilk turda Xorvatiyaya uduzub – 0:2. İslandiya isə Argentina ilə 1:1 hesablı heç-heçə edib. Digər tərəfdən, İslandiya qalib gəlsə, xallarını 4-ə çatdıracaq və 1 xala malik Argentinanın qrupda qalma təhlükəsi yaranacaq.
DÇ-2018
22 iyun
II tur
E qrupu
16:00. Braziliya – Kosta-Rika
Hakimlər: Byorn Kuypers, Sander van Rukel, Ervin Zeinstra (hamısı Hollandiya), Damir Skomina, Yure Praprotnik (Sloveniya)
Sankt-Peterburq, “Sankt-Peterburq” stadionu
D qrupu
19:00. Nigeriya – İslandiya
Hakimlər: Mettyu Konger, Saymon Lant (hər ikisi yeni Zelandiya), Tevita Makasini (Tonqa), Rikardo Montero (Kosta-Rika), Hiroşi Yamauçi (Yaponiya)
Volqoqrad, “Volqoqrad Arena”
E qrupu
22:00. Serbiya – İsveçrə
Hakimlər: Feliks Brıx, Mark Borş, Ştefan Lupp (hamısı Almaniya), Navaf Şukralla, Yaser Tulefat (hər ikisi Bəhreyn)
Kalininqrad, “Kalininqrad” stadionu.