Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib.
NUHÇIXAN xəbər verir ki, mərasimə hazırlıq barədə raport verildikdən sonra Hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib. Mərasim ümummilli lider Heydər Əliyevin və Azərbaycan torpaqlarnın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra gənc əsgərlər hərbi andı qəbul ediblər. Tədbirdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərovun və Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin müavini, Daxili Qoşunların komandanı, general leytenant Şahin Məmmədovun təbrikləri şəxsi heyətə çatdırılıb.
Tədbirdə çıxış edənlər əsgərlərə xidmətlərində uğurlar arzulayıblar.
Sonda xüsusi təyinatlı bölüyün nümunəvi çıxışları olub.