Daşkənddəki kultura.uz portalı “Molla Nəsrəddin” jurnalı haqqında material verib

127

Daşkənddəki kultura.uz portalında “Molla Nəsrəddin” satirik jurnalı haqqında rus dilində material yerləşdirilib.

NUHÇIXAN məqaləyə istinada xəbər verir ki, ərəb qrafikası ilə çap edilən bu nəşr müsəlman dünyasında və Yaxın Şərqdə yeganə satirik jurnal olub.

Yazıda bildirilir bu jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə işıq üzü görüb. Belə bir jurnalın çap edilməsi haqqında anons xəbər isə həmin il fevralın 19-da “Vozrojdenie” qəzetində verilib.

Nəşrin redaktoru və müəllifi istedadlı yazıçı və publisist Cəlil Məmmədquluzadə qeyd edirdi ki, bu jurnalı həyatın özü, zaman yaradıb. Bir müddət keçəndən sonra oxucular yazıçının özünü Molla Nəsrəddin adlandırmağa başlayıblar.

Məqalədə bildirilir ki, jurnal fasilələrlə 25 il Tiflisdə, Bakıda və Təbrizdə çap edilib. Bu illər ərzində səkkiz səhifəlik jurnalın 748 nömrəsi işıq üzü görüb.

Qeyd olunur ki, jurnal öz ətrafına o dövrün məşhur karikaturaçı rəssamlarını, şair və yazıçılarını toplamışdı. Buna görə də “Molla Nəsrəddin” jurnalı Azərbaycanın jurnalistika və ictimai fikir tarixində özünəməxsus yer tutdu.

Yazıda bildirilir ki, Azərbaycandan başqa jurnal Qafqaz, Orta Asiya, Tatarıstan, Krım, İran və digər yerlərdə maraqla oxunurdu.

Məqalə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə hazırlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: