Daşkənddəki interpress.uz portalı Azərbaycanla bağlı məqalə yayıb

106

Daşkənddəki interpress.uz portalında Azərbaycanın tarixi və bu günü ilə bağlı öz müxbiri Abduvali Saibnazarovun özbək dilində geniş məqaləsi yayımlanıb.

NUHÇIXAN xəbər verir ki, materialda Azərbaycan Xalq Cümhuriyyəti və mövcud olduğu qısa müddət ərzində gördüyü işlər barədə danışılır. Bildirilir ki, 1918-1920-ci illərdə fəaliyyət göstərən bu respublika bugünkü müstəqil Azərbaycan dövlətinin hüquqi varisidir.

Məqalədə Manna, Midiya, Atropatena, Qafqaz Albaniyası, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat yer alıb, indiki Ermənistan ərazisinin qədim torpaqlarımız olduğu bildirilir.

Materialda müstəqil Azərbaycanın uğurlarından, neft layihələri, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, TRASEKA layihələri barədə də danışılır.

Məqalə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə çap edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: