Daşkənddə Hüseyn Cavidin 135 illiyinə həsr olunan elmi konfrans təşkil edilib

105

AMEA-dan NUHÇIXAN-a bildirilib ki,  Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycanın görkəmli dramaturqu Hüseyn Cavidin 135 illiyinə həsr olunan elmi konfrans keçirilib. Elmi konfransda qeyd edilib ki, Hüseyn Cavid dramaturgiyasında Şərq-Qərb qarşıdurması milli-mənəvi, əxlaqi dəyərlərin qorunması ideyasını özündə cəmləşdirir. Bundan əlavə, Şərq düşüncəsinin və davranış mədəniyyətinin üstünlükləri romantizm estetikasının prinsipləri mövqeyindən işıqlandırılır.

Tədbirdə Folklor İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyev “Hüseyn Cavid yaradıcılığında Şərq-Qərb qarşıdurması” mövzusunda məruzə ilə çıxış edib. Alim məruzəsində diqqəti Hüseyn Cavidin məkan seçimində Avrasiya coğrafiyasına önəm verməsinə, xüsusilə “Topal Teymur” pyesində Səmərqənddən bəhs etməsinə, “Səyavuş” faciəsində müasir orta Asiyanı obyekt kimi götürməsinə, “Uçurum” əsərində İstanbul və Parisi, “Knyaz” və “Azər”də Almaniyanı – Berlini canlandırmasına yönəldib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: