NUHÇIXAN xəbər verir ki, bu ildən “Darıdağ” suyu şüşə qablarda da istehsal olunacaq. Qeyd edək ki, “Prestij Naxçıvan Pivəsi” MMC-nin Culfa rayonunun Gülüstan kəndində yerləşən mineral sular sexində keçən ildən bu təbii mineral və müalicəvi süfrə suyunun “Darıdağ” əmtəə nişanı ilə qablaşdırılaraq istehsalına başlanıb.
Keçən qısa müddət ərzində istifadəçilərin rəğbətini qazanmış bu mineral su 0,5 və 1 litrlik plastik qablarda istehsal olunur. İstehsal gücü saatda 3 min butulka olan müəssisədə hazırda 8 nəfər işlə təmin olunub. İstehsal olunan məhsullar ölkəmizin paytaxtı Bakı şəhərinə və digər rayonlara da ixrac olunur. Gələcəkdə istehsalın genişləndirilməsi və daha çox həcmdə “Darıdağ” mineral suyunun istehlakçılara çatdırılması nəzərdə tutulub.
Turab Hacızadə