Dama birinciliyinin qalibləri mükafatlandırılıb

118

NUHÇIXAN xəbər verir ki, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Naxçıvan şəhər tam orta məktəblərinin oğlan komandaları arasında dama birinciliyi keçirilib. Yarışda 15 tam orta məktəbdən 45 idmançı iştirak edib. Olimpiya sistemi üzrə (uduzan çıxır) damanın mövcud qaydalarına əsasən keçirilən yarışın yekun nəticəsinə əsasən, 13 nömrəli  tam orta məktəbin komandası I yerə, 16 nömrəli tam orta məktəbin komandası II yerə, 3 mömrəli  və 14 nömrəli tam orta məktəblərin komandaları isə III yerlərə layiq görülüblər. Sonda qalib komandalar təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.

Yarış Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: