Daha bir ünvanda yeni obyektlər tikilir

444

Azərbaycanın hər yerində olduğu kimi, muxtar respublikamızın da bütün bölgələrində yeni məktəblərin tikintisi, yaxud əsaslı şəkildə yenidən qurulması, təchizatı sahəsində tədbirlərin həyata keçirilməsi artıq intensiv xarakter alıb və bu işlər ardıcıl davam etdirilir. Təhsilimizə göstərilən diqqət və qayğının nəticəsində kəmiyyət və keyfiyyət göstəriciləri ilbəil yüksəlir.

Əvvəlki illərdə olduğu kimi, bu il də muxtar respublikamızda, o cümlədən Şərur rayonunda məktəb binalarının tikilməsi və ya yenidən qurulması diqqət mərkəzində saxlanılır. Qeyd edək ki, ilin əvvəlindən indiyədək Ərəbyengicə və İbadulla kəndlərində yeni yaraşıqlı təhsil müəssisələri tikilib istifadəyə verilib. Kosacan və Kərimbəyli kəndlərindəki tam orta məktəb binalarının əsaslı şəkildə yenidən qurulması isə başa çatmaq üzrədir.

Bu il tikilən və ya yenidən qurulan məktəblərin siyahısında Yeni Havuş və Xətai  kəndləri üçün nəzərdə tutulan tam orta məktəb də vardır. Bu məktəbdə bir-birinə yaxın olan  hər iki kəndin şagirdləri təhsil alacaqlar.  Təxminən bir ay bundan əvvəl tikintisinə başlanan  üçmərtəbəli məktəb binası 120 şagird yerlikdir.

Qısa müddətdə binanın özülündə işlər tamamlanıb, birinci mərtəbədə beton sütunlar qaldırılıb, divarların və arakəsmələrin hörgüsünə başlanılıb. Hazırda betonlama işləri ikinci mərtəbədə aparılır.

Yeni məktəbdə 12 sinif otağı, laboratoriyalar, kitabxana, hərbi kabinə, müəllimlər otağı, 2 elektron lövhəli və 1 kompüter sinifləri, 1 şahmat sinfi, idman zalı, bufet olacaqdır. Məktəb qış aylarında fərdi qazanxana ilə qızdırılacaqdır.

Adıçəkilən ünvanda kənd və xidmət mərkəzlərinin də tikintisi də  aparılır.

   Mehman Məmmədov

                                                  “Şərurun səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: