Dağ nanəsi

344

Dodaqçiçəklilər fəsiləsindən olub, efir yağlı bitkidir. Zərif yarpaqları havada hiss edilən ən cüzi mehdən ehtizaza gəlib titrəyir. Bəlkə elə bu səbəbdəndir ki, el arasında bir insanın nədənsə darıxdığını ifadə edən belə bir fikir var: “Ürəyim nanə yarpağı kimi titrəyir”. 

Şahbuz rayonunun dağlarında, dərələrində bitən, xırda dəstələr şəklində bağlanıb qurudulan dağ nanəsinin bu günlərdə yığım vaxtıdır. Analarımız, nənələrimiz dağ nanəsindən süfrələrimizi bəzəyən milli xörəklərimizin dadını, tamını artıran ən yaxşı ədviyyat kimi istifadə ediblər.  Dadına, tamına görə yabanı halda bitən dağ nanəsi həyət nanəsindən fərqlənir. Bu bitki təkcə ədviyyat kimi deyil, bir çox xəstəliklərin müalicəsində məlhəm kimi də qiymətlidir. Nanə əhval-ruhiyyəni və beyinin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirir, yuxunu normallaşdırır, baş ağrılarını aradan qaldırır, arterial təzyiqi aşağı salır. Yuxusuzluqdan əziyyət çəkən insanlar hər axşam yatmazdan əvvəl nanə çayı içməklə onun faydasını görərlər. Nanə həzm sistemi üçün də çox faydalıdır. Kosmetologiyada da geniş istifadə olunur. Ona görə də mövsümündə rayonumuzun ərazisində olan bu bitkidən yığıb sonrakı aylar üçün tədarük edənlər həm də sağlamlıqlarının qayğısına qalırlar.

İlvin Rzayev

  Şahbuz Rayon Mərkəzi Xəstəxanasının  baş həkimi

“Oğuz səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: