Dağ kəndində xəstəxanatipli həkim ambulatoriyası fəaliyyətə başlayıb

396

Muxtar respublikanın yaşayış məntəqələrində səhiyyə xidmətinin günün tələbləri səviyyəsində qurulması əsas vəzifələr sırasındadır. Kəndlərdə quruculuq işləri aparılarkən tikilən müasir həkim ambulatoriyaları isə sakinlərin hərtərəfli tibbi xidmətlə təminatına hesablanıb.

NUHÇIXAN xəbər verir ki, oktyabrın 15-də Aşağı Buzqov kəndində yeni həkim ambulatoriyası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ambulatoriyanın açılışını edib, kənddə səhiyyə xidmətinin təşkili üçün yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, ambulatoriya 8 otaqdan – baş həkim, stomatoloq üçün kabinə, fizioterapiya kabinəsi, doğuş, manipulyasiya, peyvənd, qeydiyyat və aptekdən ibarətdir. Burada stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar qoyulub. Laboratoriya avadanlıqları ilkin analizlərin aparılmasına imkan verəcəkdir.

Fizioterapiya kabinəsində elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksək tezlikli cərəyanla müalicə aparatı, parafinəritmə qazanı və solyuks lampası vardır.

Ali Məclisin Sədri həkim briqadalarının kəndlərdə əhaliyə tibbi xidmət göstərməsi, eləcə də həkim ambulatoriyalarının fəaliyyət proqramının hazırlanması barədə tapşırıqlar verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: