Dərinin rəngi xəstəliklərə işarə edə bilər

228

Dərinin rənginin dəyişilməsi bir çox xəstəliklər və pozulmalara işarə edə bilər.

Bu səbəbdən dəri rənginizdə hər hansı dəyişiklik müşahidə etdikdə həkimə müraciət edin. Nəzərə almaq lazımdır ki, dərinin rəngi süni deyil, təbii işıqlandırmada qiymətləndirilməlidir.

Solğun, boz dəri

Bunun səbəbləri arasında: stress, yorğunluq, yuxusuzluq, həzm sistemi xəstəlikləri, qəbizlik.

Süni “zaqar”

NUHÇIXAN xəbər verir ki, insan günəş şüalarını qəbul etmirsə, lakin onun dərisi tünd rəng alırsa, bu çox ciddi simptomdur. Bunun səbəbi böyrəküstü vəzilərin xəstəliyi ola bilər.

Ağ dəri

Bu ürək və ya ağciyər xəstəliklərinə, qanazlığına, qalxanvari vəzinin fəaliyyətinin azalmasına işarə edə bilər.

Qırmızı dəri

Səbəblər arasında: təzyiqin yüksək olması, ürək-damar sistemində pozulmalar, eritrositlərin istehsalının artması.

Göyümtül dəri

Belə dəri ürək və ağciyər xəstəliklərinə işarə edə bilər.

Sarı dəri

Səbəblər: Qaraciyər, dalaq xəstəlikləri, öd daşı xəstəliyi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: