“Dəniz kuboku – 2018” iştirak edən ölkələrin komandaları artilleriya atışlarını məşq etdiriblər

155

“Dəniz kuboku – 2018” beynəlxalq müsabiqəsinə hazırlıq çərçivəsində Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmiləri Xəzər dənizindəki döyüş hazırlığı poliqonunun ərazisində artilleriya atışlarını məşq etdiriblər.

Bu barədə NUHÇIXAN-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Hərbi dənizçilər üzən minaların məhv edilməsi məqsədilə ilkin artilleriya atışları icra edib, eləcə də gəmilərin müxtəlif üsullarla yanalmasını məşq etdiriblər.

Növbəti hazırlıq mərhələsində gəmi heyətləri dəniz və hava hədəflərinə artilleriya atışlarını, habelə heyətlərin sağqalma qabiliyyətini məşq etdirəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: