“Dəniz kuboku-2018” beynəlxalq müsabiqəsində iştirak etmiş xarici dövlətlərin hərbi gəmiləri Bakı limanını tərk edib
“Dəniz kuboku-2018” beynəlxalq müsabiqəsində iştirak etmək üçün ölkəmizdə olan xarici dövlətlərin hərbi gəmiləri öz ölkələrinə yola düşüb.
NUHÇIXAN xəbər verir ki, İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin “Cövşən”, “Peykan” raket katerləri, Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Volqodonsk” və “Mahaçkala” kiçik artilleriya, eləcə də “SB-45” xilasetmə yedək və Qazaxıstan Respublikası Hərbi Dəniz Qüvvələrinin “Manqistau” raket-artilleriya gəmiləri avqustun 12-də Bakı limanını tərk edib.