“Dədə Qorqud” kamera orkestrinin konserti olub

165

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə əlaqədar Heydər Əliyev Sarayında “Dədə Qorqud” kamera orkestrinin konserti təşkil olunub.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun gördüyü işlərdən danışıb. Bildirib ki, Fond Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının dəstəyi ilə təsis edilib.

Konsert Fikrət Əmirovun “Nizami” simfoniyasının I hissəsi ilə başlayıb. Daha sonra Aydan Həsənova, Orxan Zeynalov, Almaz İstambayev, Orxan Cəlilov və Sibel Kızılateşin  ifa etdikləri musiqi nömrələri alqışlarla qarşılanıb. Konsertdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın görkəmli bəstəkarlarının əsərləri səsləndirilib.

Özündə müxtəlif türk dilli dövlətlərin musiqiçilərini birləşdirən “Dədə Qorqud” kamera orkestrinin bədii rəhbəri və dirijoru Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovdur.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: